Emin Mahmudov: "Dinamo"nu keçək, əsas mərhələni düşünərik"

Emin Mahmudov: "Dinamo"nu keçək, əsas mərhələni düşünərik"
Futbol
132
21 İyul 2026 - 15:45

Supersport.Az xəbər verir ki, UEFA Konfrans Liqasında "Dinamo Minsk"i qəbul edəcək  "Neftçi"nin kapitanı Emin Mahmudov açıqlama verib.


"90 illiyimizə görə böyük motivasiyamız var. Çox vacib mövsümdür. İndi "Braqa"nı və ya başqa komandanı düşünmürük. "Dinamo"ya hörmətlə yanaşırıq. Cavan komandadır, yaxşı oynayırlar. Yalnız onları düşünürük. Onları keçək, sonra oyundan-oyuna düşünərik ki, əsas mərhələyə düşmək nə dərəcədə realdır.


Möhtəşəm azarkeşlərimiz var, açıq məşqdə bizə böyük motivasiya verdilər. Onlar daim bizimlədirlər. Əlimizdən gələni etməliyik ki, daha çox sevinsinlər. Oyundan qabaq da bizə motivasiya verdilər. Onlara təşəkkür edirəm. Allahın köməyilə onları sevindirməliyik".


Kapitan hesab edir ki, komandası çox dəyişməyib.


"Əvvəlki illərə baxanda, indi çox oyunçu dəyişməyib. Bir neçə oyunçu gedib, bir neçəsi gəlib. Baş məşqçi də eynidir. 70 faiz heyət eynidir. Bu il daha stabillik görürəm. Bəzi oyunçular da gələcək. Məncə, daha yaxşı olmalıyıq".

Digər xəbərlər