"Qarabağ" "Ayntraxt"ı da məhv etdi

"Qarabağ" "Ayntraxt"ı da məhv etdi
Futbol
465
21 Yanvar 2026 - 23:40

Supersport.Az xəbər verir ki, UEFA Çempionlar Liqasında təmsilçimiz "Qarabağ" bu gün Liqa mərhələsinin yeddinci turunda Almaniyanın "Ayntraxt" kollektivini qəbul edib.


Azərbaycan komandası 3:2 hesablı qələbə qazanıb.


Ağdam klubu 7 turdan turnir cədvəlində 10 xalla 18-cidir. "Qarabağ" "Ayntraxt"a qalib gəlməklə 7 pillə irəliləyib. 


 "Qarabağ": 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 9. Joni Montiel, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 17. Kamillo Duran


Baş məşqçi: Qurban Qurbanov


"Ayntraxt": 40. Kaua Santos, 3. Artur Teate, 4. Robin Kox (k), 21. Nataniel Braun, 15. Ellies Şkiri, 7. Ansqar Knauff, 13. Rasmus Kristensen, 16. Huqo Larsson, 20. Ritsu Doan, 34. Nnamdi Kollins, 42. Can Uzun


Baş məşqçi: Dennis Şmitt

 

21 yanvar

 

21:45 "Qarabağ" (Azərbaycan) – "Ayntraxt" (Almaniya) 3:2 

Qollar: Kamilo Duran 4, 80, Bəhlul Mustafazadə 90+4 - Can Uzun 11, Çaibi 78-pen

Tofiq Bəhramov adına Respublika Stadionu. 

Baş hakim: Sandro Şarer

Baş hakimin köməkçiləri: Stefan De Almeyda, Yonas Erni

Dördüncü hakim: Yohannes von Mandaç

VAR: Fedayi San

AVAR: Lukas Fandrix

(Hakimlər briqadası İsveçrədəndir)

Digər xəbərlər