"Neftçi" - "Qarabağ" matçıyla bağlı qərar verildi
Supersport.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasında XXI turun oyun cədvəli məlum olub.
"Qarabağ" "Neftçi"ylə oyunun təxirə salınmasına cəhd edib. Məsələ burasındadır ki, Ağdam klubu Çempionlar Liqasında 6 gündə iki matç keçirəcəyindən, komanda çox güc itirəcəkdi. "Qarabağ" PFL və "Neftçi"yə müracət edib. Lakin Bakı klubu mənfi cavab verdiyindən "Neftçi" - "Qarabağ" oyunu təxirə salınmayıb. PFL-in qərarına əsasən, qarşılaşma fevralın 21-də təyin edilib.
20 fevral (cümə)
"Turan Tovuz" – "Zirə"
"Azersun Arena", 17:00
"Sumqayıt" – "Qəbələ"
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30
21 fevral (şənbə)
"Karvan-Yevlax" – "Araz-Naxçıvan"
Yevlax şəhər stadionu, 14:30
"Neftçi" – "Qarabağ"
"Palms Sports Arena", 19:00
22 fevral (bazar)
"İmişli" – "Şamaxı"
Quba OİK stadionu, 14:30
"Sabah" – "Kəpəz"
Masazır stadionu, 17:00