Azərbaycan Kubokunda heç-heçə günü
Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsi başlayıb.
Supersport.Az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib.
"Sumqayıt" "Zirə” ilə qarşılaşıb. Oyun 0:0 hesabıyla başa çatıb.
"Sabah" isə "Qəbələ"ni qəbul edib. Bu matç da 0:0 qurtarıb.
1/4 final mərhələsinin digər iki matçı isə sabah baş tutacaq.
Azərbaycan Kuboku
1/4 final, ilk oyunlar
4 fevral
17:00. "Sumqayıt" - "Zirə" 0:0
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Vüqar Həsənli.
VAR: Kamal Umudlu.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
19:30. "Sabah" - "Qəbələ" 0:0
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
"Masazır" stadionu