"Qarabağ" İngiltərədə məşqdən imtina etdi

"Qarabağ" İngiltərədə məşqdən imtina etdi
Futbol
128
20 Fevral 2026 - 14:11

Supersport.Az xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Nyukasl Yunayted" - "Qarabağ" qarşılaşmasından öncə təşkil olunacaq mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqi Bakıda keçiriləcək.


Ağdam klubunun media nümayəndələri üçün açıq məşqinin fevralın 22-də saat 20:15-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsi planlaşdırılıb.


Baş məşqçi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı isə fevralın 23-də saat 14:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq.


Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçı çərçivəsində keçiriləcək "Nyukasl Yunayted" - "Qarabağ" oyuna fevralın 24-də İngiltərədə, "St James Park" stadionunda, Mərkəzi Avropa Vaxtı ilə saat 21:00-da (Bakı vaxtı ilə saat 00:00-da) start veriləcək.

Digər xəbərlər