Video: "Rauf Cabarov boynunuza alın ki, "Sabah"ı çempion etmək tapşırığı almısınız, ya da..."

Video: "Rauf Cabarov boynunuza alın ki, "Sabah"ı çempion etmək tapşırığı almısınız, ya da..."
Futbol, Eksklüziv, Video
95
16 Fevral 2026 - 23:31

Supersport.Az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının 20-ci turu qalmaqalla yadda qalıb.


"Sabah"ı qəbul edən "Qəbələ"nin qolunu baş hakim Rauf Cabarov VAR-a baxdıqdan sonra ləğv edib. VAR referisi Kamranbəy Rəhimov olub. 


Qəbələ klubunun azarkeşi Nəriman Təbriz sosial şəbəkədə bununla bağlı paylaşım edərək, hakimləri, AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənovu günahlandırıb.

Azarkeş qeyd edib ki, qoldan əvvəl top cərimə meydançasında əvvəlcə "Sabah"ın, sonra "Qəbələ"nin oyunçusunun əlinə dəyib və hakimlər rəqibə qələbə qazandırıb.

"Mən səhv deyirəmsə buyursun hakimliyində də stabil hakim olmayan Rəhim Həsənov izah etsin!

Rauf Cabarov boynunuza alın ki, "Sabah"ı çempion etmək tapşırığı almısınız, ya da, hakimliyi bacarmırsınız".



Digər xəbərlər