Tahir Gözel: "Qarabağ" "Nyukasl"la matçda şücaətli oynamalıdır" - Video

Tahir Gözel: "Qarabağ" "Nyukasl"la matçda şücaətli oynamalıdır" - Video
Futbol
118
18 Fevral 2026 - 08:23

Supersport.Az UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Nyukasl"ı qəbul edəcək "Qarabağ"ın prezidenti Tahir Gözelin fikirlərini videogörüntüyə alıb. 

"Əvvəla, biz bu gün hara qədər irəlilədiyimizi dərk etməliyik. Avropada yüksək liqalarda oynayan 850 komanda var. Onların xeyli hissəsinin büdcəsi bizdən qat-qat yüksəkdir. Avropanın aparıcı futbol ölkələrinin ikinci liqa klublarının da büdcəsi bizimlə müqayisədə yuxarıdır. Demək olar ki, biz 2000-2500 klub arasında ilk "25-lik"dəyik. Bu, doğrudan da möcüzədir. Onların büdcəsinin bəlkə də 10 qat aşağısı ilə bura qədər irəliləmişik. Bu, hamımızda möhtəşəm qürur və özünəinam yaratmalıdır ki, bura qədər gəlmişik".


Digər xəbərlər