Azərbaycan yığmasının məğlubiyyəti: 1:7
Futbol
70
19 Fevral 2026 - 23:09
18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Beynəlxalq İnkişaf Turnirində bu gün ilk oyununda B qrupunda Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Supersport.Az xəbər verir ki, Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçirilən görüş rəqibin 7:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 58-ci dəqiqədə penaltidən Nicat Kərimov vurub.
Qeyd edək ki, U-18 turnir çərçivəsində növbəti oyununu fevralın 20-də Özbəkistan yığmasına qarşı keçirəcək.