Qurban Berdıyev: "İmişli" qapımıza zərbə endirə bilmədi"
Futbol
82
01 Mart 2026 - 19:00
Supersport.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 22-ci turunda "İmişli"ylə oyunda heç-heçəylə kifayətlənən "Turan"ın baş məşqçisi Kurban Berdıyev oyunu şərh edib.
"Bu gün kifayət qədər imkanlarımız oldu. Heç olmasa birini həyata keçirməli idik. Rəqib bir dəfə də olsun qapımıza zərbə endirə bilmədi. Bu gün 2 xal itirdik".