Rəsul Çunayev: "Güləş insana həyat dərsi keçir" - Video
Bu gün Milli Olimpiya Komitəsinin və Azərbaycan Güləş Federasiyasının ortaq təşkilatçılığı, “Gənclik Mall” və “Go Sport”un dəstəyilə güləşin tanınmış simaları azarkeşlərlə görüşüb.
Tədbirdə olimpiya mükafatçısı, 3 qat dünya və 4 qat Avropa çempionu Hacı Əliyev, olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rasul Çunayev, olimpiya və dünya mükafatçısı, 3 qat Avropa çempionu Həsrət Cəfərov, Avropa mükafatçısı iştirak edib.
Onlar karyeralarında qazandıqları uğurlardan danışıb, yeniyetmə və gənclərə öz tövsiyələrini çatdırıblar.
Daha sonra sıra viktorinalara çatıb. Müxtəlif müsabiqələrin qalibləri mükafatlandırıldıqdan sonra imza mərasimi baş tutub. Güləş ulduzları imzalı şəkillərini azarkeşlərə paylayıb və onlarla xatirə şəkli çəkdirib.
R.Çunayev güləşin insana həyat dərsi keçdiyini, 24 yaşında prezident İlham Əliyevin onu "Şöhrət" ordeniylə təltif etdiyini diqqətə çatdırıb.