AFFA yığması yenə darmadağın edildi

AFFA yığması yenə darmadağın edildi
Futbol
207
26 Mart 2026 - 15:03

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin birinci raundu çərçivəsində ilk oyununu keçirib.


Supersport.Az xəbər verir ki, B liqasının 6-cı qrupunda yer alan AFFA yığması Litvanın Kaunas şəhərində yerli komandaya məğlub olub. "Raudondvario" stadionunda keçirilən görüşdə litvalılar 4:0 hesablı qələbə qazanıb.


Qeyd edək ki, millimiz növbəti oyununu martın 28-də Şimali İrlandiya yığmasına qarşı keçirəcək.

Digər xəbərlər