Hidayət Heydərov üçüncü yerlə kifayətləndi

Hidayət Heydərov üçüncü yerlə kifayətləndi
Olimpiya, Digər, Cüdo
113
21 Mart 2026 - 20:43

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb.


Supersport.Az xəbər verir ki, o, üçüncü yer uğrunda qarşılaşmada İspaniyanı təmsil edən Anton Şuxaliyevi məğlub edib.


Qeyd edək ki, digər təmsilçilərimizdən bu gün tatami üzərinə çıxan Kamran Süleymanov (73 kq), Südabə Ağayeva və Aytac Qardaşxanlı (hər ikisi 70 kq) yarışı mükafatsız başa vurublar.

Digər xəbərlər