"Sabah"a iki qol vuran "Vikinq"in hücumçusu "Qarabağ"la oyunu xatırladı
Supersport.Az xəbər verir ki, Çempionlar Liqasının 4-cü turunda "Sabah"ı məğlub edən "Vikinq" hücumçusu Erik Botheym qələbəni şərh edib.
Matçda iki qol vuran, görüşün oyunçusu seçilən E.Botheym deyib:
"Birinci qol çox yaxşı qol idi: əla ötürmə gəldi və mən topa çataraq birinci toxuna bildim. Əslində bu, "Qarabağ"a vurduğum ilk qola çox bənzəyirdi. Buna görə də həmin qolu bir anlıq xatırladım. İkinci qol daha çox şans gətirməsi idi. Ancaq bu qol bizə rahatlaşmağa imkan verdi.
Çox yaxşı komandaya qarşı möhtəşəm oyunla 4:1 hesablı qələbə qazanmaq əla oldu. Oynamaq çox çətin idi. Rəqib futbolçular hücumlarda təhlükəli olurdular. Lakin biz müsbət tərəfləri də gördük və imkanlarımızdan istifadə etməyi bacardıq.
İndi bizdə Çempionlar Liqasında qalib gələ biləcəyimizə dair inam var. Çempionlar Liqasında hər oyun çox çətindir".