"Ştuttqart"ın baş məşqçisi: "Qalatasaray"a qarşı müdafiə oluna bilmədik"
Supersport.Az-ın məlumatına görə, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda "Qalatasaray"a məğlub olan "Ştuttqart"ın 44 yaşlı baş məşqçisi Sebastian Höness matçı şərh edib.
"Matçı təkcə birinci hissəyə deyil, hər iki hissəyə nəzər salmaqla təhlil etmək lazımdır. Birinci yarıda bir çox şans yaratdıq, lakin onları qola çevirə bilmədik. Əgər hesabı açmağı bacarsaydıq, çox fərqli matç ola bilərdi.
"Yaxşı oyun sərgilədiyimizi düşünürəm. Azarkeş təzyiqi olsa da, oyunumuzu nümayiş etdirə, rəqibə çox müqavimət göstərə bildik. Bir neçə ümidverici fürsət yaxaladıq. Təəssüf ki, "Qalatasaray" erkən 2 qol vurdu. Bu matçın taleyini həll etdi və bizim üçün acı son oldu. Belə olmasını istəməzdik. Hücum xəttində təhlükəli vəziyyətlərlə üzləşdik.
Bilirik ki, "Qalatasaray" hücumda çox yaxşı komandadır. Onların keyfiyyətli oyunçuları var, ona görə də qol vurmaları təəccüblü deyil. Lakin biz də xüsusilə ikinci yarıda bir çox imkanlardan istifadə edə bilmədik.
Yaxşı müdafiə oluna bilmədik. Oyunun qırılma nöqtəsi və bizim üçün ən zəif məqam o idi.
Bizim də hücum imkanlarımız oldu, lakin nəticəyə təsir etmədi. Təzyiqlər etdik, amma qol vurmayanda heç bir mənası yoxdur. Komandamı yenə də təbrik edirəm. Hər kəs yaxşı performans göstərdiyimizi və əlimizdən gələni etdiyimizi gördü.
Bir qol vursaydıq, təriflər alacaqdıq. İndi artıq irəliyə baxmalıyq. Meydana cəsarətli çıxmaq lazımdır.
Bu nəticədən məmnun deyilik. Bir qədər qarışıq duyğular yaşayıram.
Geri qayıdıb zəif cəhətlərimiz haqqında danışmaq istəmirəm".