Azərbaycanın minifutbol yığması ikiqat Avropa çempionu oldu

Azərbaycanın minifutbol yığması ikiqat Avropa çempionu oldu
Futbol
135
05 İyun 2026 - 01:04

Azərbaycan minifutbol millisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının qalibi olub.


Supersport.Az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv finalda Ukrayna ilə üz-üzə gəlib. Azərbaycan yığması Ukrayna seçməsini 2:0 hesabı ilə məğlub edərək Avropa çempionatının ikiqat qalibi olub.


4 iyun


Azərbaycan - Ukrayna 2:0


Qollar: Mirmehdi Rzayev, İsa Atayev


Yığma daha əvvəl 2022-ci ildə bu titulu qazanıb. 


Xatırladaq ki, Azərbaycan millisi F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edib. Milli komanda 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda Çexiyanı (5:2), yarımfinalda Serbiyanı (1:1, penaltilər - 3:1) üstələyib.

Digər xəbərlər