Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi - Foto

Qurban Qurbanov Allahverdi Bağırovun məzarını ziyarət etdi - Foto
Futbol, Foto
111
05 İyun 2026 - 21:07

Supersport.Az-ın məlumatına görə, "Qarabağ" Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov mövsümün başa çatmasından sonra yaranan fasilədən istifadə edərək Ağdama səfərə gedib.


Baş məşqçi Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarını ziyarət edib, onun əziz xatirəsini ehtiramla yad edib.


Qurban Qurbanov ziyarət zamanı "Qarabağ"ın UEFA Çempionlar Liqasındakı çıxışını simvolizə edən top və şərfi Milli Qəhrəmanın xatirəsinə ithaf olaraq məzarı üzərinə qoyub.


Allahverdi Bağırov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda göstərdiyi şücaətlə yanaşı, "Qarabağ" Futbol Klubunun tarixində də xüsusi yer tutur. O, klubun fəaliyyət göstərdiyi ən çətin dövrlərdə komandanın yanında olub, Ağdam futbolunun yaşadılması və inkişafı üçün mühüm xidmətlər göstərib.

Digər xəbərlər