"Neftçi"nin keçmiş prezidenti Sadıq Sadıqov vəfat etdi

"Neftçi"nin keçmiş prezidenti Sadıq Sadıqov vəfat etdi
Futbol
146
05 İyun 2026 - 22:45

Supersport.Az xəbər verir ki, "Neftçi" PFK-nın sabiq prezidenti Sadıq Sadıqov vəfat edib. S.Sadıqov 60 yaşında dünyasını dəyişib.


Sadıq Sadıqov 2010-2015-ci illərdə “Neftçi” PFK-nın prezidenti vəzifəsini icra edib. Komanda bu dövrdə Azərbaycan çempionatının (2010/2011, 2011/2012, 2012/2013) və kubokunun (2012/2013, 2013/2014) qalibi olub. 2012-ci ildə “Neftçi” Azərbaycan futbolunun tarixində ilk dəfə olaraq Avropa Liqası kimi mötəbər turnirin qrup mərhələsində iştirak edib.


Allah rəhmət eləsin!

Digər xəbərlər