Fərid Namazov: "Meydanda pul rol oynamır"
Futbol
60
29 Avqust 2026 - 22:45
Supersport.Az xəbər verir ki, "İmişli"nin baş məşqçisi Farid Namazov Azərbaycan premyer liqasının 3-cü turunda "Şəfa" üzərində 1:0 hesablı qələbəni şərh edib:
"Matçın çətin keçəcəyini bilirdik. Buna yaxşı hazırlaşmışdıq. Qarşılaşmanın böyük hissəsində üstün tərəf biz olduq. Yeganə narazı qaldığım məqam yaratdığımız qol imkanlarından yararlana bilməməyimizdir. Prestij məsələsi mükafatdan daha önəmlidir. Təbii ki, bu məsələdə müəyyən nüanslar var, amma meydanda pul rol oynamır".