"Qarabağ"ın 10-cu transferi: Taofik
Futbol
56
27 Avqust 2026 - 21:11
Supersport.Az-ın məlumatlna görə, "Qarabağ" növbəti transferini gerçəkləşdirib. Polşanın "Qurnik" (Zabje) klubu ilə danışıqlar uğurla nəticələndikdən sonra Taofik İsmahil Azərbaycan klubuna keçib.
26 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb. Nigeriyalı forvard komandada 19 nömrəli forma ilə çıxış edəcək.
Norveçdə “Şeyd”, “Fredrikstad”, “Volorenqa”, Fransada “Loryan”, Belçikada “Beveren”də çıxış edən hücumçu 2024-cü ildə “Qurnik”ə keçib. Nigeriyalı futbolçu “Lex”də də forma geyinib.
Qeyd edək ki, o, yay transfer pəncərəsində "Qarabağ"ın 10-cu transferidir. Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç, Renaldo Sefas, Bense Varkonyi, Cebrail Makreçkis və Reda Xadra komandaya gəlib.