"Neftçi"dən Abubakarla bağlı xəbər

"Neftçi"dən Abubakarla bağlı xəbər
Futbol, Eksklüziv
623
01 Oktyabr 2025 - 16:01

Supersport.Az-ın əldə etdiyi məlumata görə, 33 yaşlı forvard Vensan Abubakar "Neftçi"nin təklifinə müsbət yanaşır.


Tərəflər arasında danışıqlar davam edir. 


"Neftçi" 500 min avro təklif edib.


Transfermarktda Abubakarın qiyməti 1 milyon 200 min avro göstərilib.


Yaxın günlərdə məşhur futbolçunun "Neftçi"yə keçidi mümkün ola bilər.


Son olaraq Türkiyə təmsilçisi “Hatayspor”da çıxış edən hücumçu komandanın heyətində 28 matçda 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.


V.Abubakar daha əvvəl Portuqaliyanın "Portu" Türkiyənin "Beşiktaş", Fransanın "Valansyen", "Loryan" və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klublarının formasını geyinib.


Abubakar Kamerun yığmasıyla Afrika Millətlər Kubokunu, "Koton Sport"la Kamerun çempionluğunu, "Beşiktaş"la ikiqat Türkiyə çempionluğunu, kubokunu, "Portu"yla iki dəfə Portuqaliya çempionluğunu, həmçinin kuboku və superkuboku qazanıb. O, millidə 114 oyunda 45 qol vurub.

Digər xəbərlər