Azər Bağırov: "Qələbəni azarkeşlərimizə həsr edirik"
Futbol
480
17 Oktyabr 2025 - 18:50
Supersport.Az-ın məlumatına görə, "Şamaxı"nı 4:1 darmadağın edən "Kəpəz"in baş məşqçisi Azər Bağırov qələbəni şərh edib.
"Qələbəni azarkeşlərimizə həsr edirik. Xüsusən də Babək adlı azyaşlı azarkeşimizə. Gəncədən çıxarkən mənə mütləq qələbə qazanacağımıza inandığını bildirdi. Çətin oyun olacağını bilirdik. Bu stresdən, gərginlikdən çıxmağın yollarını axtarırdıq. İnanıram ki, bu bir açar olacaq. Yaxşı formalaşmış komandaya qarşı oynadıq. "Şamaxı" necə oynamaq lazım olduğunu bilir. Biz də təhlillərimizi aparmışdıq. Şükürlər olsun ki, qələbə qazandıq, azarkeşlərimizi sevindirdik".