"Qarabağ" Azərbaycanı yenə irəli apardı - Foto

"Qarabağ" Azərbaycanı yenə irəli apardı - Foto
Futbol, Eksklüziv, Tribuna, Reytinq
513
17 Sentyabr 2025 - 04:33

Supersport.Az saytının məlumatına görə, "Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk oyununda səfərdə "Benfika"nı məğlub etməsi ölkəmizə faydalı olub.


Azərbaycan UEFA reytinqində 1 pillə irəliləyib. "Qarabağ"ın qələbəsi ölkəmizə 0.500 xal qazandırıb. Azərbaycanın ümumi əmsalı 21.500 xala çatdığından 25-ci yerə qalxıb.


Slovakiya (21.375 xal) bir pillə geriləyərək 26-ya düşüb. 



Qeyd edək ki, UEFA reytinqində 55 ölkə sırasında İngiltərə (95.450 xal) birincidir.



Digər xəbərlər