"Qarabağ" dünya reytinqində yüksəldi

"Qarabağ" dünya reytinqində yüksəldi
Futbol
159
25 Fevral 2026 - 11:12

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) komandalar üzrə son beş ilin dünya reytinqini açıqlayıb.

Supersport.Az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" 768,75 xalla dünya reytinqində 71-ci pillədədir. 

“Neftçi” 300 xalla 375-ci, “Zirə” 290,5 xalla 399-cu, “Sabah” isə 283,25 xalla 411-ci sırada yer alıb.

Qeyd edək ki, "Real Madrid" 1753 xalla birincidir. "Mançester Siti" (1605) ikinci, "Flamenqo" (1536) üçüncü pillədədir.

Digər xəbərlər