"Neftçi"nin irəliləməsini istəmirlər" - Yuri Vernidub

"Neftçi"nin irəliləməsini istəmirlər" - Yuri Vernidub
Futbol
113
28 Fevral 2026 - 21:47

Supersport.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 22-ci turunda "Şamaxı"yla oyunda xallar itirən "Neftçi"nin baş məşqçisi Yuri Vernidub hakimləri günahlandırıb.


"Oyundan razıyam, amma təəssüf ki, hakim qərarları çox məyusedicidir və futbola yaraşmır. Futbolçumuzu vurdular, zədələdilər, amma bizim qapımıza penalti verildi. Belə çıxır ki, biz görməsək də, hakimlər hansısa formada görüblər. Biz ciddi olaraq irəliyə addımlayırdıq, amma sanki bunu istəmirlər və biz irəlilədikcə qarşımızı kəsməyə çalışırlar. Bununla belə, biz dayanmayacağıq, yolumuza davam edəcəyik. Çünki bizim iradəmiz var. İradəsi olan komandalar, güclülər hər zaman irəliləməyə davam edirlər".


"Şamaxı" - "Neftçi" oyununun baş hakimi Kamranbəy Rəhimov, VAR referisi Cavid Cəlilov olub.

Digər xəbərlər