Hidayət Heydərov cəzalandırıldı
Olimpiya, Digər, Cüdo
160
28 Fevral 2026 - 16:04
Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovla bağlı daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb.
Supersport.Az xəbər verir ki, Hidayət Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük dəbilqə" turnirində tatamiyə çıxmayacaq. Buna səbəb Heydərovun çəkisini sala bilməməsi göstərilib.
Hidayət, 73 kq-da yarışa qatılmalı olsa da, çəkisi artıq olub. Nəticədə daxili intizam qaydalarına uyğun olaraq cəzalandırılıb və yarışda iştirak etməyəcək. Məlumatı report.az saytı yayıb.
Qeyd edək ki, Hidayət Heydərov Paris-2024 Olimpiya Oyunlarının mükafatçısıdır.