İlk gün iki medal

İlk gün iki medal
Olimpiya, Digər, Cüdo
134
28 Fevral 2026 - 12:11

Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə Böyük Dəbilqə turnirinə start verilib.


Supersport.Az xəbər verir ki, Azərbaycan milli komandası ilk yarış gününü uğurla başa vuraraq 1 qızıl və 1 gümüş medal qazanıb.


Hər iki mükafat eyni çəki dərəcəsində qeydə alınıb. Azərbaycan finalına səhnə olan -60 kq-da Əhməd Yusifov qızıl, Balabəy Ağayev isə gümüş medala sahib olub.


Qeyd edək ki, Balabəy Ağayev Paris Böyük Dəbilqəsindən sonra ardıcıl ikinci dəfə finala yüksəlib. Əhməd Yusifov isə Böyük Dəbilqə turnirlərində ilk çempionluğunu rəsmiləşdirib.


Aktivində iki medal olan Azərbaycan ümumi medal sıralamasında Yaponiyadan sonra ikinci pillədə qərarlaşıb.

Digər xəbərlər