Çempionlar Liqası: "Qalatasaray"a ingilis klubu rəqib oldu
Futbol
169
27 Fevral 2026 - 15:35
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Supersport.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə "Qalatasaray"ın da rəqibi məlum olub. Türkiyə klubu "Liverpul"la qarşılaşacaq.
1/8 final mərhələsinin oyunları martın 10-11-i və 17-18-də keçiriləcək.
UEFA Çempionlar Liqası
1/8 final
PSJ (Fransa) - "Çelsi" (İngiltərə)
"Real Madrid" (İspaniya) - "Mançester Siti" (İngiltərə)
"Nyukasl" (İngiltərə) - "Barselona" (İspaniya)
"Budyo Qlimt" (Norveç) - "Sportinq" (Portuqaliya)
"Qalatasaray" (Türkiyə) - "Liverpul" (İngiltərə)
"Atalanta" (İtaliya) - "Bayern" (Almaniya)
"Atletiko" (İspaniya) - "Tottenhem" (İngiltərə)
"Bayer 04" (Almaniya) - "Arsenal" (İngiltərə)