"Kəpəz"də çox işlərimiz var"

"Kəpəz"də çox işlərimiz var"
Futbol
75
27 İyul 2026 - 21:00

Supersport.Az xəbər verir ki, Qəbələdə "Sumqayıt"la yoxlama oyununda qolsuz heç-heçəyə razılaşan "Kəpəz"in baş məşqçisi Azər Məmmədov fikirlərini bildirib.


"Bu bizim artıq 3-cü yoxlama matçımızdır. Hər oyundan-oyuna komandada inkişaf görürəm. Bizi əsas qayğılandıran məsələ futbolçularımızın zədə almamasıdır. Bundan başqa həm fiziki, həm də taktiki tərəfdən müsbət və mənfi cəhətlərə diqqət yetiririk. Oyunçular yaxşı tərəfdən özlərini göstərirlər. Amma qarşıda görüləsi çox işlərimiz var. Bəzi mövqelər üzrə futbolçular cəlb etmək istəyirik. Yaxın günlərdə bir neçə oyunçu bizə qoşulacaq. Qarşıda daha 2 yoxlama oyunumuz var və bu qarşılaşmalara kimi heyəti 90% formalaşdırmağa çalışacağıq. Futbolçulara göstərdikləri oyuna, azarkeşlərə isə yoxlama matçı olmağına baxmayaraq bizi tək qoymadıqlarına görə təşəkkür edirəm".

Digər xəbərlər