AFFA-nın qanunsuzluğu, Ayxan Abbasovun ədalətsizliyi
AFFA prezidenti Rövşən Nəcəfin mütəxəssisləri eşitmədiyi üçün milyonları boşuna xərclədi. Qurum rəhbərinə deyəndə ki, milliyə əcnəbi baş məşqçi gətirmə faydasız olacaq. Sözə baxmadı, sonda biabırçı məşqçinin ciblərini doldurub yola salmalı oldu. R.Nəcəfin fəaliyyətində qanun pozuntusu da var. İcraiyyə Komitəsi üzvlərini saymayan qurum rəhbəri Rövşən Nəcəf, milli komandanın baş məşqçi postuna Ayxan Abbasovu təyin etdi.
Azərbaycan - Ukrayna matçı ərəfəsində bəziləri belə ehtimal irəli sürdü ki, münasibətlər yaxşı olduğundan, AFFA prezidenti Rövşən Nəcəf Ukrayna futbol qurumunun rəhbəri Andrey Şevçenkonu Bakıya gətirdiyindən oyun heç-heçə bitəcək. Matç sülhlə başa çatdı.
Azərbaycan millisinə bəzi futbolçuların AFFA-nın sifarişiyə cəlb olunduğu iddiaları dolaşır.
Baş məşqçi Ayxan Abbasov ədalətdən çox danışır. Ancaq milliyə qanunsuz təyinatla gətirilən məşqçinin necə ədalətsizliklər etdiyi faktlarla ortadadır:
Əvvəlki və qarşıdakı matçda ehtiyatda oturan bir neçə futbolçu yenə milliyə dəvət olunub. Liderlər sırasında olan "Turan Tovuz"dan heç kim çağrılmayıb. "Karvan-Yevlax"ın özünü müsbət tərəfdən göstərən qolkiperi Kamran İbrahimovu millidən kənarda saxlayıb, "Zirə"də tormuzlanan Aydın Bayramovla, "Neftçi"də ehtiyatda otuzdurulan Rza Cəfərovu dəvət edib.
Ayxan Abbasov, budur sənin ədalətin?
Bir məqamı da mütləq qeyd etməliyik. Bu gün Azərbaycan - İslandiya oyunu ərəfəsində 8-ci km stadionunda təşkil olunan mətbuat konfransında saytımızın rəhbəri Anar Cəfərov AFFA-nın işçisi Murad Axundovla birləşən milli komandanın baş məşqçisi Ayxan Abbasovun hörmətsizliyilə üzləşdi. Millinin məşqinin başlamasına 7 dəqiqə qalsa da, Abbasova ikinci sualı verməyimizə qadağa qoyuldu. Buna etiraz etdik. Məşqçi Ayxan Abbasovla yanaşı digər media nümayəndələri bu haqsızlığa susdu.