Rauf Cabarov "Turan Tovuz"un təmiz qolunu saymadı - Video
Futbol, Eksklüziv, Video
146
23 Avqust 2026 - 21:47
Azərbaycan Premyer Liqasının 2-ci turunda "Şamaxı"nı qəbul edən "Turan Tovuz"un təmiz qolu hesaba alınmayıb.
Supersport.Az-ın məlumatına görə, baş hakim Rauf Cabarov Tovuz klubunun qələbə qazanmasına maneçilik edib.
"Turan" - "Şamaxı" matçının hakimləri Rauf Cabarov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, Nicat İsmayıllı, VAR-da Vüqar Həsənli, AVAR-da Zeynal Zeynalov, hakim-inspektor isə Munis Abdullayev olub.
"Turan" hakim ədalətsizliyilə bağlı etiraz edib:
"Stadionda olan 4800 azarkeşin, ekranlar qarşısında minlərlə tamaşaçının gördüyünü baş hakim görmədi.
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun epizodla bağlı şərhini səbrsizliklə gözləyirik. Hər zaman qeyd etdiyimiz kimi, təmiz futbol, ədalətli qərarlar tələb edirik!"