"Sabah" Azərbaycanı reytinqdə birinci pilləyə qaldırdı
Futbol, Eksklüziv
95
26 Avqust 2026 - 00:55
Supersport.Az-ın məlumatına görə, 2026/27 mövsümü UEFA-nın assosiasiyalar reytinqində ölkəmiz yenidən liderdir.
"Sabah" Çempionlar Liqasında "Hapoel"i darmadağınla ölkəmizə fayda verib. Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda qələbəylə ölkəmizə 1.000 xal qazandırıb. Azərbaycan bununla bu mövsüm xallarını 14.500-ə çatdıraraq UEFA reytinqində yenidən birinci pilləyə yüksəlib.
Siyahıda lider olan Azərbaycanın Avropa yarışlarında iki klubu, Latviyanın bir komandası qalıb.
Azərbaycan bu sezon 54 ölkə sırasında 14.500 xalla birincidir. Latviya 13.500 xalla ikinci pilləyə düşüb.