Tahir Gözel: "Sabah"a Çempionlar Liqasının Liqa mərhələsində uğurlar arzulayıram"

Tahir Gözel: "Sabah"a Çempionlar Liqasının Liqa mərhələsində uğurlar arzulayıram"
Futbol
102
26 Avqust 2026 - 00:34

"Qarabağ" Futbol Klubunun prezidenti Tahir Gözəl “Sabah” Futbol Klubunu Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib:


"Sabah" Futbol Klubunu bu mühüm uğur münasibətilə ürəkdən təbrik edirəm. Belə bir qələbəyə stadiondan şahidlik etmək mənim üçün xüsusi qürur və sevinc idi. Azərbaycan bayrağının Çempionlar Liqasının Liqa mərhələsində yenidən dalğalanacaq olması bu nəticəni bizim üçün daha da dəyərli edir və bütövlükdə futbolumuz ilə xalqımız adına böyük nailiyyətdir. “Sabah” Futbol Klubuna “Qarabağ” Futbol Klubu adından Çempionlar Liqasının Liqa mərhələsində uğurlar arzulayıram və komandaya bu mötəbər turnirdə layiqli çıxış arzu edirəm".

Digər xəbərlər