Arnar: "Azərbaycanla oyunda favoritik" - Video

Arnar: "Azərbaycanla oyunda favoritik" - Video
Futbol, Video
382
13 Noyabr 2025 - 13:00

DÇ-2026-nın seçmə mərhələsinin 5-ci turunda Azərbaycan yığmasının qonağı olacaq İslandiya seçmə komandasının baş məşqçisi Arnar Qunnlauqsson "Azərbaycan - İslandiya matçının favoriti hansı komandadır?" sualımızı cavablandırıb:

"Əgər futbol piramidasına baxsaq, biz bir az yuxarıdayıq. Favorit biz sayılırıq. Futbol yeganə oyundur ki, favorit olmayan komanda da qalib gələ bilər. Biz Fransaya qarşı oynayanda onlar favorit idi. Amma şansımız var idi ki, müsbət nəticə qazanaq. Futbol elədir ki, rəqibə hörmətlə yanaşmalısan. Əks halda, cəzalanma ola bilər. Ən yaxşı oyunumuzu göstərməliyik".



Digər xəbərlər