Pley-off iştirakçıları finalda qarşılaşacaq
DÇ-2026-nın pley-off mərhələsinin matçlarına start verilib.
Supersport.Az xəbər verir ki, 8 qarşılaşma keçirilib. Cütlərin taleyinə 1 matçdan sonra aydınlıq gəlib.
Pley-off mərhələsinə yüksələn komandalar final matçında qarşılaşacaqlar.
Türkiyə - Kosovo, Bosniya - İtaliya, İsveç - Polşa, Çexiya - Danimarka cütləri martın 31-də dünya çempionatının final mərhələsinə vəsiqə uğrunda mübarizə aparacaqlar. Qalib komandalar istəyinə nail olacaq.
DÇ-2026
Pley-off mərhələsi, yarımfinal
26 mart
21:00 Türkiyə – Rumıniya 1:0
23:45 Çexiya – İrlandiya 2:2 (Penaltilər zərbəsi- 4:3)
23:45 Danimarka – Şimali Makedoniya 4:0
23:45 İtaliya – Şimali İrlandiya 2:0
23:45 Polşa – Albaniya 2:1
23:45 Slovakiya – Kosovo 3:4
23:45 Ukrayna – İsveç 1:3
23:45 Uels – Bosniya və Herseqovina 1:1 (Penaltilər zərbəsi- 2:4)