Azərbaycanın futbol yığmasının növbəti uğursuzluğu
Futbol
203
31 Mart 2026 - 15:21
Supersport.Az xəbər verir ki, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundunda fiaskoyla üzləşib.
B liqasının 2-ci qrupunda yer alan AFFA-nın yığması Bolqarıstanın Plovdiv şəhərindəki üçüncü görüşündə Malta yığması ilə qarşılaşıb. Matç 2:2 hesablı heç-heçə başa çatıb.
Baş məşqçi Aqil Nəbiyevli Azərbaycan millisi qrupu 3 xalla üçüncü pillədə tamamlayıb.
AFFA-nın yığması bununla qrupda qalıb.
Azərbaycan qrupdakı ilk iki oyununda Bolqarıstan (1:1) və Litva (0:0) yığmaları ilə heç-heçə edib.