Fərid Qayıbov qovulmuş Mariana Vasilevayla bir yerdə - Eksklüziv
Azərbaycan prezidenti İlham Əliyev bu ilin yanvarında fəaliyyətində ciddi nöqsanlara yol verən Mariana Vasilevanı gənclər və idman nazirinin müavini vəzifəsindən kənarlaşdırmışdı. M.Vasileva idmançılara fiziki təzyiq göstərdiyi üçün beynəlxalq gimnastika qurumunun ömürlük cəzasıyla üzləşmişdi. İlham Əliyev ölkəmizə ziyan vuran Mariana Vasilevanı nazir müavini vəzifəsindən uzaqlaşdırmışdı.
Supersport.Az saytının məlumatına görə, gənclər və idman naziri Fərid Qayıbov 10 ay əvvəl nazir müavini vəzifəsindən kənarlaşdırılan bolqar Mariana Vasilevayla bəzən idman tədbirlərində olur.
F.Qayıbovla M.Vasileva dünən Tofiq Bəhramov adına Respubluka stadionunda dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Fransa matçını (1:3) canlı izləyib.
Nazirliyin aparat rəhbəri vəzifəsini müvəqqəti icra edən Fərid Məmmədzadə və idman şöbəsinin müdiri Elnur Məmmədov da stadionda Azərbaycan - Fransa qarşılaşmasına baxıb.