Azərbaycanın futbol yığması geriyə getdi
Futbol
776
20 Noyabr 2025 - 19:41
FIFA milli komandalar yeni reytinq siyahısını açıqlayıb.
Supersport.Az xəbər verir ki, Azərbaycan millisi ötən ayla müqayisədə 4 pillə geriləyib.
Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv 1132.97 xalla 127-ci yerə düşüb. Azərbaycan yığması oktyabr ayında 142.25 xalla 123-cü pillədə idi.
Qeyd edək ki, reytinq cədvəlində İspaniya (1877.18 xal) liderdir.