AFFA-nın yığması darmadağın edildi

AFFA-nın yığması darmadağın edildi
Futbol
647
21 Noyabr 2025 - 12:11

Supersport.Az-ın məlumatına görə, 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib.


AFFA-nın yığması Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Kişineuda yerləşən Moldova Futbol Federasiyasının Texniki Mərkəzində keçirilən görüş rəqib komandanın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan yığmasının heyətində qolu 41-ci dəqiqədə Sübhan Əlizadə vurub.

AFFA-nın komandası ilk oyunda Monteneqroya 0:1 məğlub olub.


Qeyd edək ki, U-15 turnirdə son oyununu noyabrın 23-də Moldova seçməsinə qarşı keçirəcək.

Digər xəbərlər