"Fələstin dövləti var, İsrail yox" - Pep Qvardiola
Supersport.Az-ın Türkiyə mətbuatına istinadla məlumatına görə, "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Kataloniya və Fələstin yığmaları arasında keçiriləcək xeyriyyə matçı öncəsi danışıb.
İspan mütəxəssis bildirib ki, qarşılaşma əhəmiyyətli matçdır:
"Bu, simvolikdən də artıq bir matçdır. Hamı hər şeyi bilir və bu oyun sayəsində fələstinlilər görəcəklər ki, dünyanın onlara əhəmiyyət verən bir hissəsi var. Dünya Fələstini tək qoydu. Biz heç nə etmədik. İsrailin xalqı məhv etməsinə icazə verdik və qəbulolunmazdır. Qəzzədəki qətliamları müdafiə edə biləcək kimsəni düşünə bilmirəm. Uşaqlarımız orada ola bilərdi. Onlar sadəcə orada doğulduğu üçün öldürülürlər. Dövlət rəhbərlərinə çox az güvənirəm. Onlar hakimiyyətdə qalmaq üçün əllərindən gələni edirlər.
Fələstin dövləti var, İsrail yox. Torpaqlar fələstinlilərindir".