"Qarabağ" "Sumqayıt"dan qisas aldı
Supersport.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XII turuna start verilib.
Bu gün iki oyun keçirilib.
"Karvan" axır ki, meydanında "Kəpəz"i qəbul edib. Gəncə klubu 2:1 hesablı qələbə qazanıb.
Çempionatın lideri "Qarabağ" "Sumqayıt"ın qonağı olub.
Qurban Qurbanovun rəhbərlik etdiyi komanda ilk dövrədə Saşa İliçin çalışdırdığı kluba məğlub olmuşdu. "Qarabağ" "Sumqayıt"dan 4:2 hedablı qisas alıb.
Azərbaycan Premyer Liqası
21 noyabr
14:00. "Karvan-Yevlax" - "Kəpəz" 1:2
Qollar: Araz Abdullayev 32 - Luis Paçu 14, Rauf Hüseynli, 76 (pen)
Hakim: Rauf Cabarov
Yevlax şəhər stadionu
19:00. "Sumqayıt" - "Qarabağ" 2:4
Qollar: Höccət Haqverdi 30 - Leandro Andrade 6, Toral Bayramov 42, Abdullah Zubir 63, Aleksey Kaşuk 90+3.
Qırmızı vərəqə: R.Senhadji 59
Hakim: Fərid Hacıyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu