"Qarabağ"ın Çempionlar Liqası siyahısında dəyişiklik  

"Qarabağ"ın Çempionlar Liqası siyahısında dəyişiklik  
Futbol
794
21 Noyabr 2025 - 12:25

Supersport.Az xəbər verir ki, "Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsi üçün iştirak ərizəsində dəyişiklik olub. Joni Montiel klubun sifariş vərəqinə daxil edilib.


İspaniyalı yarımmüdafiəçi zədələnən Kadi Borgesi əvəzləyib. Çempionlar Liqasının "Çelsi" ilə oyununda (2:2) xəsarət alan braziliyalı futbolçu, uzun müddət heyətdən kənar qalacağı üçün onu Montiel əvəzləyib. 8-10 həftə heyətdən kənar qalacaq cənubi amerikalı bu il meydana çıxa bilməyəcək.


Bu dəyişiklik UEFA Çempionlar Liqasının əsasnaməsinə cari mövsümdən əlavə edilən yenilik sayəsində gerçəkləşib. Klublara zədə səbəbindən uzun müddətə sıradan çıxan futbolçularını digər oyunçu ilə əvəzləmək hüququ verilib.


Qeyd edək ki, ilk 4 turda 7 xal toplayan “Qarabağ” növbəti oyununu səfərdə “Napoli”yə qarşı keçirəcək. Görüş noyabrın 26-da baş tutacaq.

Digər xəbərlər