Qurban Qurbanov: "Məğlub olsaq da, komandamdan razı qaldım"

Qurban Qurbanov: "Məğlub olsaq da, komandamdan razı qaldım"
Futbol
731
26 Noyabr 2025 - 08:41

Supersport.Az xəbər verir ki, İtaliyada "Napoli"yə məğlub olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib, jurnalistlərin suallarını cavablandırıb:


"Rəqibi təbrik edirəm. Öz oyunumuza gəldikdə isə, məğlub olsaq da, komandamın oyunundan razı qaldım. Sona qədər mübarizə apardılar. rəqibdən çəkinmədilər, cəsarətli oyun göstərdilər. Belə davam etməliyik. Biz hər oyundan həzz almalıyıq."

- Konteni çox yaxşı tanıyırsınız. Nələr gözlədiyiniz kimi olmadı?

- Hər şey düşündüyümüz kimi idi. Lakin, 1-ci qoldan öncə oyunçu dəyişikliyi edəndə 5-li müdafiədən 4-lüyə keçiddə biraz çətinlik yaşadıq. Həmin vaxt da oyunun taleyi həll olundu. Bəsit qollar buraxdıq. İrad bildirəsi epizodlar deyildi. 

- Sizcə, Medinanın zədələnərək oyunu tərk etməsi görüşün taleyini həll etdimi?

- Gərgin keçən oyunlarda düşünülməmiş əvəzetmələr biraz problem yarada bilər. Təbii ki, Medinanın oyunda olması digər futbolçulara da müsbət təsir göstərə bilərdi. 

Digər xəbərlər