Antonio Konte "Qarabağ"dan danışdı
Futbol
647
26 Noyabr 2025 - 09:01
Supersport.Az xəbər verir ki, Çempionlar Liqasının 5-ci turunda "Qarabağ"dan güclü olan "Napoli"nin baş məşqçisi Antonio Konte matç haqda danışıb.
"Son iki matçımızı əla keçirdik. Futbolçuların hazır olmasını baxımından çətin dövrdəyik. Çempionlar Liqasında asan rəqib olmur. Qarşılaşmanın gedişində qol vuracağımıza inanırdım. "Qarabağ" çətin rəqibdir. Onların "Çelsi" və "Benfika" ilə oyunları hansı gücdə olduğunu göstərir. Rəqibin qapıçısı möhtəşəm qurtarışlar etdi".