"Qarabağ"lı Mateuş Koxalski Avropada ən yaxşılar sırasında

"Qarabağ"lı Mateuş Koxalski Avropada ən yaxşılar sırasında
Futbol
763
26 Noyabr 2025 - 18:33

Supersport.Az xəbər verir ki, "Qarabağ"ın qapıçısı Mateuş Koxalski UEFA Çempionlar Liqasının Liqa mərhələsində ən çox seyv edən qolkiperlər sırasına düşüb.


24 yaşlı polşalı buna V turun “Napoli”yə qarşı səfər matçından (0:2) sonra nail olub.


Mateuş görüşün 56-cı dəqiqəsində Rasmus Heylunun penaltisini qaytarıb. Qapıçı İtaliyadakı qarşılaşmada ümumilikdə 8 zərbəni zərərsizləşdirib.


Koxalski cari mövsümdə Liqa mərhələsində dəf etdiyi zərbələrin sayını 17-yə çatdırıb. Polşalı bu göstəricidə turnirin 11-ci qapıçısıdır.


1. Nikita Haykin (“Bodo Qlimt”) - 31


2. Xeronimo Rulyi (“Marsel”) - 29


3. Tibo Kurtua (“Real”) - 22


4. Nik Poup (“Nyukasl”) - 21


5. Neofitos Mixail (“Pafos”) - 20


6-10. Marko Karnesekki (“Atalanta”) - 18


Mark Flekken (“Bayer”) - 18


Nordin Yakers (“Brügge”) - 18


Vanya Milinkoviç-Saviç (“Napoli”) - 18


Anatoli Trubin (“Benfika”) - 18


11. Mateuş Koxalski (“Qarabağ”) - 17

Digər xəbərlər