Qurban Qurbanov "Qarabağ"da 800-cü matçı keçirdi
Futbol
306
01 Dekabr 2025 - 15:21
Supersport.Az xəbər verir ki, Qurban Qurbanov "Qarabağ"ın baş məşqçisi kimi 800-cü oyununu keçirib.
Bu, Azərbaycan Premyer Liqasının XIII turunda olub.
"Karvan-Yevlax"la ev qarşılaşması (2:0) "Qarabağlı mütəxəssis üçün yubileylə əlamətdardır. 2008-ci ilin yayından Ağdam klubunu çalışdıran Qurban Qurbanovun komandası bu müddətdə 467 qələbə qazanıb, 185 heç-heçə edib və 148 dəfə uduzub. Bu oyunlarda 1375 qol vuran Ağdam klubu 631 top buraxıb.
Qurban Qurbanovun "Qarabağ"a rəhbərlik etdiyi 17 ildə komanda Premyer Liqada 538, kubokda 75, avrokuboklarda 187 matç keçirib. Məlumatı PFL yayıb.
Qeyd edək ki, baş məşqçi "Qarabağ"da 2008-ci il avqustun 9-da debüt edib. Premyer Liqanın "Bakılı" ilə görüşündə onun komandası 2:1 hesablı qələbə qazanıb.