"Sabah" qrupa düşdü
Futbol
108
28 İyul 2026 - 20:50
"Sabah" Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçını keçirib.
Supersport.Az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv səfərdə Finlandiyanın “KuPS” klubu ilə qarşılaşıb. Azərbaycan təmsilçisi 2:0 hesablı qələbə qazanıb. "Sabah" həm növbəti mərhələyə yüksəlib, həm də Konfrans Liqasının qrupuna vəsiqəni təmin edib.
Bakıdakı ilk oyunda Azərbaycan çempionu rəqibinə 1:0 qalib gəlmişdi.
19:00 “KuPS” (Finlandiya) – “Sabah” (Azərbaycan) 0:2
Qollar: Velko Simiç, 53, Mikels, 70
"Vyare Arena", Kuopio.
Baş hakim: Qal Leybovits
İlk oyun: 0:1
"Sabah" Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Orxus" – "Lex" cütünün qalibi ilə qarşılaşacaq.