Yuri Vernidub "Neftçi"nin məğlubiyyətini izlədi
Azərbaycan Premyer Liqasında 14-cü turun matçları keçirilir.
Supersport.Az xəbər verir ki, üçüncü oyun günündə iki bir matç baş tutmalı idi.
"Qəbələ" - "Turan Tovuz" oyunu dumanlı hava səbəbindən təxirə salınıb.
"Sabah" isə öz meydanında "Neftçi"ni məğlub edib. Bu matçı "flaqman"ın yeni baş məşqçisi olacaq ukraynalı Yuri Vernidub da oyunu canlı izləyib.
Xatırladaq ki, turun əvvəlki görüşlərində "Şamaxı" "Karvan-Yevlax"a (3:0) qalib gəlib, "Qarabağ" "Zirə" ilə xalları yarı bölüb (1:1).
Tura sabah 9-da yekun vurulacaq.
8 dekabr (bazar ertəsi)
17:00 "Qəbələ" - “Turan Tovuz” (təxirə salınıb)
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: İlham Əliyev
Qəbələ şəhər stadionu
20:00 “Sabah” - “Neftçi” 2:0
Qollar: Akim Zedadka, 58, Coy Lens Mikels, 77
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Emin Cəfərov
"Masazır Arena"