"Qarabağ" "Ayaks"a yenə məğlub oldu
Futbol
213
10 Dekabr 2025 - 23:37
Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün Liqa mərhələsində altıncı oyununu keçirib.
Supersport.Az xəbər verir ki, Azərbaycan çempionu Niderlandın “Ayaks” kollektivini qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyunda qonaq komanda qalib gəlib.
"Qarabağ" iki dəfə hesabda irəli olsa da, məğlubiyyətlə barışıb: 2:4.
10 dekabr
“Qarabağ” (Azərbaycan) – “Ayaks” (Niderland) 2:4
Qollar: Kamilo Duran,10, Mateus Silva, 47 - Kasper Dolberq, 39, Oskar Qlux, 79, 90, Anton Qaaey, 83
Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 21:45
Baş hakim: Rade Obrenoviç
Baş hakimin köməkçiləri: Yure Praprotnik, Qreqa Kordej
Dördüncü hakim: Mateo Tozan
VAR: Matey Yuq
AVAR: Alen Boroşak
(Hakimlər briqadası Sloveniyadandır)