Ardanın qiyməti artdı, Mbappe 200 milyona çatdı

Ardanın qiyməti artdı, Mbappe 200 milyona çatdı
Futbol
390
13 Dekabr 2025 - 23:23

Supersport.Az xəbər verir ki, transfermarkt, İspaniya La Liqasında forma geyən 494 futbolçunun transfer qiymətlərini yeniləyib. 


"Real Madrid"li Arda Güler 30 milyon avro artışla birinci sıradadır. Türk futbolçunun ümumi qiyməti 90 milyon avrodur. Arda iki il əvvəl 20 milyon avroya "Fenerbahçe"dən "Real"a keçib.

 

Bir il öncə PSJ-dən "Real Madrid"ə pulsuz keçən Kilian Mbappenin dəyəri 20 milyon artımla 200 milyon avroya çatıb.


"Barselona"ın futbolçusu Lamin Yamal əvvəlcədən 200 milyon avroyla liderdir.


Digər xəbərlər