500-cü qələbə

500-cü qələbə
Futbol
356
23 Yanvar 2026 - 09:09

Supersport.Az-ın məlumatına görə, Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb.

"Qarabağ"ın təcrübəli çalışdırıcısının yubileyi Çempionlar Liqasının Liqa mərhələsinin VII turunda "Ayntraxt"la matçda olub.


Azərbaycan çempionu "Qarabağ" "Ayntraxt"la (Frankfurt, Almaniya) ev matçında 3:2 hesabı ilə qalib gəlib. Bu, "Qarabağ"ın Qurbanovun baş məşqçiliyi dövründə 471-ci qələbəsi olub. Mütəxəssis "Neftçi"də 25, Azərbaycan milli komandasında 4 qələbədə pay sahibi olub. Klub karyerasındakı 496 qələbədən 364-ü Premyer Liqa, 54-ü ölkə kuboku, 78-i avrokuboklarda qeydə alınıb. Mütəxəssisin 500-cü qələbəsi karyerasındakı 857-ci matçda olub. O, komandaları ilə keçirilən oyunların 58,34 faizində qalib gəlib.


Qeyd edək ki, Qurban Qurbanov baş məşqçi kimi ilk qələbəsini 2006/07 mövsümündə "Neftçi"nin baş məşqçisi kimi əldə edib. 2006-cı il avqustun 6-da "Gənclərbirliyi"ni qəbul edən paytaxt təmsilçisi böyük hesabla qələbə qazanıb – 6:1.



Digər xəbərlər